Ötən gün bağlanana Quba-Xınalıq yolu açılıb
Quba-Xınalıq yolu açılıb, 5 kəndlə əlaqə bərpa olunubÖtən gün qaya parçalarının yola düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolu bərpa olunub.
Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hərəkətin bərpa olunması üçün əraziyə cəlb olunan xüsusi texnikaların köməkliyi ilə yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi.
Şərhlər: 0
Şərh yaz
