Tovuzda sahibsiz itlər mal-qaraya hücum edib
Tovuzda sahibsiz itlər kənd sakinlərinin mal-qarasına hücum edib.Hadisə gecə saatlarında rayonun Xatınlı kəndində qeydə alınıb. Kənd sakini Zəhra Sadıqovaya məxsus təsərrüfata küçə itləri hücum edib. Nəticədə sahibkara məxsus 4 qoyun tələf olub, 10-a yaxını isə yaralanıb. Təsərrüfat sahibi bildirib ki, vaxtında həyətə çıxmasa, daha çox heyvan itlərin hücumuna məruz qala bilərdi.
Şərhlər: 0
Şərh yaz
