Azinfo » Xəbər » Hadisə » Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

Bakıda quldurluq edən şəxsdə tapança aşkarlanıb

Tarix : 30-05-2022   /   Xəbər / Hadisə  
Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən Rəşad Almazov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Şərhlər: 0

Şərh yaz