Azinfo » Xəbər » Hadisə » Pedaqoji Universitetin tələbəsi dünyasını dəyişib

Pedaqoji Universitetin tələbəsi dünyasını dəyişib

Tarix : 31-05-2022   /   Xəbər / Hadisə  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi dünyasını dəyişib.

Universitetdən  verilən məlumata görə, ali məktəbin Filologiya fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının III kurs, İND1908B saylı qrup tələbəsi Dünyamalıyeva Fatimə ağır xəstəlikdən dünyasını dəyişmişdir.

"ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum tələbəmizin yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allah Rəhmət Eləsin!",- deyə universitetdən verilən açıqlamada qeyd olunub.

Şərhlər: 0

Şərh yaz