Azinfo » Xəbər » Hadisə » FHN Şəkidəki qəza ilə bağlı məlumat yayıb

FHN Şəkidəki qəza ilə bağlı məlumat yayıb

Tarix : 06-06-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər: 0

Şərh yaz