Azinfo » Xəbər » Hadisə » Zaqatalada qayda pozan sürücülərlə bağlı tədbir görülüb

Zaqatalada qayda pozan sürücülərlə bağlı tədbir görülüb

Tarix : 06-06-2022   /   Xəbər / Hadisə  
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.

Şərhlər: 0

Şərh yaz