Azinfo » Xəbər » Hadisə » Bakıda avtomobil dərəyə aşıb

Bakıda avtomobil dərəyə aşıb

Tarix : 06-06-2022   /   Xəbər / Hadisə  
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qəza baş verib.

“Toyota Prado” markalı minik avtomobili dərəyə aşıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.

Azyaşlının sağlıq durumu normaldır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, hadisə yerinə ərazi üzrə polis naryadları cəlb edili, araşdırmalara başlanılıb.
Hadisənin təfərrüatı və baş vermə səbəbi araşdırmalardan, eləcə də təyin ediləcək avtotexniki araşdırmalardan sonra məlum olacaq.

Şərhlər: 0

Şərh yaz