Azinfo » Xəbər » Hadisə » İsmayıllıda traktor aşıb, ölən var

İsmayıllıda traktor aşıb, ölən var

Tarix : 06-06-2022   /   Xəbər / Hadisə  
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hacıhətəmli kəndindı qeydə alınıb. Dağlıq ərazidə hərəkət edən otbiçən traktorun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Hacıhətəmli kənd sakini Əliyev Ata Şahin oğlu ölüb. 1972-ci il təvəllüdlü Əhmədov Əfqan Əlixan oğlu ağır xəsarətlər alaraq İsmayıllı Mərkəzi rayon xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz