Lənkəranda 2 avtomobil toqquşub, ölən var
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 5-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilib, C.Ələkbərov orada ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
