Ağsu sakini canavarların hücumuna məruz qalıb
Ağsu rayonunda gənc oğlan canavarların hücumuna məruz qalıb.Rayon sakini Tural Hüseynli Elabad kəndinin dağlıq ərazisində qoyun otararkən qəflətən canavarlar ona hücum edib. Vəhşi heyvanlar onun bədəninin bir neçə yerini dişləyərək ağır xəsarətlər yetiriblər. Tural Hüseynli Ağsu Mərkəzi rayon Xəstəxanasına aparılıb, quduzluğa qarşı vaksin vurulub. Hazırda müalicəsi davam etdirilir.
Şərhlər: 0
Şərh yaz
