Qasırğa Ordubada ciddi ziyan vurub
İyunun 6-sı saat 14 radələrində əsən güclü külək Ordubad rayonunun bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub.Fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən küləyin təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 91 yaşayış evinin və 2 yaşyış binasının dam örtüyünə ciddi ziyan vurub.
Şərhlər: 0
Şərh yaz
