Azinfo » Xəbər » Hadisə » Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub, ölən var

Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub, ölən var

Tarix : 07-06-2022   /   Xəbər / Hadisə  
Bakıda "Land-Rover" və “KamAZ” toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, iyunun 6-da saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V. Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V. Eyvazov ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz