Azinfo » Xəbər » Hadisə » Müdafiə Sənayesi Nazirliyinin zavodunun poliqonunda minaatan partlayıb

Müdafiə Sənayesi Nazirliyinin zavodunun poliqonunda minaatan partlayıb

Tarix : 08-06-2022   /   Xəbər / Hadisə  
Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunun poliqonunda sursat partlayıb.

Sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən  bildirilib ki, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

Şərhlər: 0

Şərh yaz