Azinfo » Xəbər » Hadisə » Gəncədə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

Tarix : 10-06-2022   /   Xəbər / Hadisə  
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin şərq çıxışında qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində sürücü 2001-ci il təvəllüdlü Abdullazadə Nəsib Müşfiq oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz