Azinfo » Xəbər » Hadisə » Cəbrayılda yol qəzası olub, sürücü ölüb

Cəbrayılda yol qəzası olub, sürücü ölüb

Tarix : 10-06-2022   /   Xəbər / Hadisə  
İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Şərhlər: 0

Şərh yaz