Qaxda oğurluq edən elektron qolbaq daşıyıcısı tutulub
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxs, eləcə də narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Balakən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Qurban Nabatlı Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı onun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasən Q.Nabatlının marixuana istifadə etdiyi sübuta yetirilib. Özü ilə bərabər digər hərəkət iştirakçılarının, eləcə də daşıdığı sərnişinlərin sağlamlığını təhlükə altına atan həmin şəxs barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Q. Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.
Şərhlər: 0
Şərh yaz
