Azinfo » Xəbər » Hadisə » Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb

Toya hazırlaşan cütlük qəzaya düşüb, oğlan ölüb qız xəsarət alıb

Tarix : 13-06-2022   /   Xəbər / Hadisə  
Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.

Şəki rayonunun Aşağı Küngüt kəndində "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

Şərhlər: 0

Şərh yaz