Azinfo » Xəbər » Hadisə » Avtobusda sərnişinin çantasından 3200 manat oğurlanıb

Avtobusda sərnişinin çantasından 3200 manat oğurlanıb

Tarix : 13-06-2022   /   Xəbər / Hadisə  
Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz