Azinfo » Xəbər » Hadisə » Bərdə sakininə silahla xəsarət yetirilib

Bərdə sakininə silahla xəsarət yetirilib

Tarix : 13-06-2022   /   Xəbər / Hadisə  
Bərdə sakininə odlu silahdan atəş açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, rayon Polis Şöbəsinə iyunun 12-də Kələntərli kəndində kənd sakini A.Şükürovun odlu silahdan açılmış atəşdən qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində ov tüfəngindən açdığı atəşlə A.Şükürova xəsarət yetirməkdə şübhəli bilinən kənd sakini R.Lətifov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz