Azinfo » Xəbər » Hadisə » Zaqatalada velosipedçini maşın vurub

Zaqatalada velosipedçini maşın vurub

Tarix : 13-06-2022   /   Xəbər / Hadisə  
Zaqatalada yol qəzası olub.

Hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Oruc Qəni oğlu Şabanov velosipedlə kəndin ərazisində hərəkət edərkən "VAZ 2109" markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan O. Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şərhlər: 0

Şərh yaz