Azinfo » Xəbər » Hadisə » Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

Bakıda avtomobil gənc oğlanı vuraraq öldürüb

Tarix : 20-06-2022   /   Xəbər / Hadisə  


Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1990-cı il təvəllüdlü Abbasov Elvar Allahverdi oğlunu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb.

Şərhlər: 0

Şərh yaz