Azinfo » Xəbər » Hadisə » Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb

Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb

Tarix : 28-06-2022   /   Xəbər / Hadisə  
Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz