Azinfo » Xəbər » Hadisə » Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var

Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var

Tarix : 29-06-2022   /   Xəbər / Hadisə  
Bakıda iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin (FHN)saytının xəbərinə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "МАЗ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər: 0

Şərh yaz