Şəmkirdə minik avtomobili ağaca çırpılıb, sürücü həlak olub
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
