Azinfo » Xəbər » Hadisə » Bakıda mikroavtobus qəzasında 3 nəfər xəsarət alıb

Bakıda mikroavtobus qəzasında 3 nəfər xəsarət alıb

Tarix : 02-07-2022   /   Xəbər / Hadisə  
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Hövsan şosesində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus ilə "Opel Astra" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan yeddi sərnişindən üçü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz