Azinfo » Xəbər » Hadisə » Ağdaşda avtoqəzada polis işçisi ölüb

Ağdaşda avtoqəzada polis işçisi ölüb

Tarix : 03-07-2022   /   Xəbər / Hadisə  
Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz