Azinfo » Xəbər » Hadisə » Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib

Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib

Tarix : 04-07-2022   /   Xəbər / Hadisə  
Bakıda marketdə kütləvi zəhərlənmə olub.

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 15-ə yaxın şəxs zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı  təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

Şərhlər: 0

Şərh yaz