Azinfo » Xəbər » Hadisə » Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlanıb

Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlanıb

Tarix : 04-07-2022   /   Xəbər / Hadisə  
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

Şərhlər: 0

Şərh yaz