Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb
Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan qoşqulu traktor ilə “Opel” markalı minik maşınını toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Ofeliya Səlim qızı Məmmədli, 1980-cı il təvəllüdlü Vüsalə Taleh qızı Bayramova və 2006-cı il təvəllüdlü Ləman Faiq qızı Bayramova müxtəlif xəsarətlərlə Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Şərhlər: 0
Şərh yaz
