Azinfo » Xəbər » Hadisə » Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

Tarix : 04-07-2022   /   Xəbər / Hadisə  
Naxçıvanda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, iyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz