Bakıda binalardan birində liftindəki nasazlıq bir nəfərin xəsarət alması ilə nəticələnib
Baş Prokurorluq Bakıda yaşayış binasının liftində yaranan nasazlıqla bağlı məlumat yayıb.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
