Azinfo » Xəbər » Hadisə » Cəlilabadda örüşdə dava düşüb, xəsarət alanlar var

Cəlilabadda örüşdə dava düşüb, xəsarət alanlar var

Tarix : 07-07-2022   /   Xəbər / Hadisə  
Cəlilabadda mübahisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə Cəlilabaddakı örüş sahələrindən birində baş verib. İlkin məlumata görə, mal-qaranın Şorbaçı kəndindəki başqa örüş sahəsinə girməsi səbəbindən Babalı kənd sakinləri - Qədəmşah Əzizov, onun qardaşı Səməd Əzizov və 12 yaşlı oğlu bir neçə şəxs tərəfindən döyülüb. Mübahisə zamanı qarşı tərəfdən də xəsarət alan olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır: “Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Şərhlər: 0

Şərh yaz