Ağdamda tələbə tibb bacısı işləyən anasını bıçaqlayıb
Ağdamda oğul anasını bıçaqlayıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı sorğuya cavab olaraq bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E.Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəşxdır. Keçirilmiş tədbirlərlə Elnur Kərimov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
