Azinfo » Xəbər » Hadisə » Bakıda dəniz sahilində yanğın olub

Bakıda dəniz sahilində yanğın olub

Tarix : 15-07-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə  FHN-dən məlumat verilib. Xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Şərhlər: 0

Şərh yaz