Azinfo » Xəbər » Hadisə » Zaqatala sakinin müraciəti nəzarətə götürülüb

Zaqatala sakinin müraciəti nəzarətə götürülüb

Tarix : 20-07-2022   /   Xəbər / Hadisə  
Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.

Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
Qeyd edək ki, Rəna Ramazanova bu il martın 21-də Zaqatala rayon Xəstəxanasında keçirilən qeyseriyyə əməliyyatından sonra ölüb.

Şərhlər: 0

Şərh yaz