Azinfo » Xəbər » Hadisə » Lerikdə sürüşmə baş verib, bir ev torpaq altında qalıb

Lerikdə sürüşmə baş verib, bir ev torpaq altında qalıb

Tarix : 30-03-2022   /   Xəbər / Hadisə  

Lerikdə torpaq sürüşməsi olub.

Hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

Şərhlər: 0

Şərh yaz