Azinfo » Xəbər » Hadisə » Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb

Tarix : 22-07-2022   /   Xəbər / Hadisə  


2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb.

Bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd edilib.

Geniş kollegiya iclası zamanı bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Şərhlər: 0

Şərh yaz