Dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri xəstəxanada ölüb

Qaxda ötən gün dərmandan zəhərlənən keçmiş bələdiyyə sədri Bakıda xəstəxanada ölüb.
Qax rayonunun Qum kənd sakinin 44 yaşlı Fərid Həşimov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib
Fərid Həşimov ötən gün günorta saatlarında dərman zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan martın 29-dan 30-na keçən gecə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, Fərid Həşimov uzun müddət Qax rayonu Qum kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bir neçə ay əvvəl işindəki nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldığı bildirilib.
Şərhlər: 0
Şərh yaz
