Xaçmazda dəmiryol stansiyası ərazisində yanğın olub

Xaçmaz rayonunda yanğın olub.
Rayonunun Ləcət kəndində “Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus dəmiryol stansiyasının ərazisində ümumi sahəsi 9 m² olan tikilinin (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları və ətrafında 5 m² sahəyə yığılan istifadəyə yararsız şpallar yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
