Azinfo » Xəbər » Hadisə » Tovuzda evdə baş verən yanğın zamanı iki nəfər ölüb

Tovuzda evdə baş verən yanğın zamanı iki nəfər ölüb

Tarix : 25-07-2022   /   Xəbər / Hadisə  


Tovuzda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər: 0

Şərh yaz