Hacıqabulda “KamAZ” piyadanı vuraraq ağır yaralayıb

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Səmədov Malik Umud oğlunu vurub. Piyada ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
