Zaqatalada qəza olub, üç nəfər xəsarət alıb

Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.
Hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 3 nəfər xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
