Azinfo » Xəbər » Hadisə » Tərtərdə pambıq suvarmaq üstündə silahlı insident yaşanıb

Tərtərdə pambıq suvarmaq üstündə silahlı insident yaşanıb

Tarix : 26-07-2022   /   Xəbər / Hadisə  


Tərtərdə silahlı insident yaşanıb.

Hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Nəticədə, Rəsul Ağayev mərhum qardaşına məxsus tüfənglə Namiq Hüseynova tərəf atəş açıb. Güllə Namiq Hüseynovun avtomobilinə dəyib.

Faktla bağlı cinayət işi başlanılıb.


Şərhlər: 0

Şərh yaz