Balakəndə 28 yaşlı kişi bıçaqlanıb

Balakəndə bıçaqlanma hadisəsi baş verib.
Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Balakən Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
