Azinfo » Xəbər » Hadisə » Bakıda mebel sexində yanğın olub

Bakıda mebel sexində yanğın olub

Tarix : 27-07-2022   /   Xəbər / Hadisə  


Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3000 m² (hər mərtəbəsi 1500 m²) olan ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsində taxta yonqarı və tullantıları 40 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sexin qalan hissəsi və 6 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər: 0

Şərh yaz