Xırdalanda qadın və 3 yaşlı oğlu binadan yıxılaraq ölüb

Abşeronda ana və azyaşlı övladı binadan yıxılaraq ölüb.
Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron”-1 yaşayış massivində baş verib. Binanın 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü Nazlı Nurməmmədova və onun oğlu - 2019-cu il təvəllüdlü Elnar Nurməmməd pəncərədən yıxılıblar. Onlar hadisə yerində keçiniblər.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
