Azinfo » Xəbər » Hadisə » Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

Bakıda gənc oğlanı avtomobil vuraraq öldürüb

Tarix : 30-07-2022   /   Xəbər / Hadisə  
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hadisə Böyük Şor gölünün yaxınlığında qeydə alınıb.

1998-ci il təvəllüdlü Feyruzlu Xaliq Natiq oğlu piyadalar üçün müəyyən edilən zolaqdan keçərkən onu “Toyota Prius” markalı avtomobil vurub. Piyada X.Feyruzlu hadisə yerində ölüb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.

Şərhlər: 0

Şərh yaz