Goranboyda qəza zamanı iki nəfər ölüb, üç nəfər yaralanıb
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik maşını ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza zamanı minik maşınında olan 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxslərin adları aşağıdakılardır:
Eldəniz Babayev (2000-ci il);
Murad Rəhimov (1988-ci il);
Elxan Qocayev (2001-ci il).
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
