Azinfo » Xəbər » Hadisə » Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq yanır

Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq yanır

Tarix : 01-08-2022   /   Xəbər / Hadisə  



Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyimiz xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər: 0

Şərh yaz