Azinfo » Xəbər » Hadisə » DSX: 2 milyon manatdan çox qaçaqmal sərhəddə saxlanılıb

DSX: 2 milyon manatdan çox qaçaqmal sərhəddə saxlanılıb

Tarix : 01-08-2022   /   Xəbər / Hadisə  


Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 145 kq 455 qram narkоtik vasitəyə oxşar maddə və 16197 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təqribən 2 milyon 440 min 591 manat оlan qaçaqmal, о cümlədən 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 1 ədəd gecəgörmə cihazı, 5 ədəd patron, 1 ədəd xəncər, tütün məmulatları və qızıl zinyət əşyaları saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Şərhlər: 0

Şərh yaz